Toyda baş verən yanğın zamanı ölən və yaralananların sayı 450-ə çatdı – YENİLƏNDİ – 2backend

İraqın Neynəva vilayətində yanğın nəticəsində ölən və xəsarət alanların sayı 450 nəfərə çatıb.

Bu barədə İraq Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

APA

***

08:06

İraqın Nineva əyalətində toyda baş verən yanğında ölənlərin sayı artıb.

Bu barədə yerli media məlumat yayıb.

Hadisə nəticəsində 120 nəfər ölüb, 200-ü isə yaralanıb.

APA

***

07:36

İraqın Nineva əyalətində toyda yanğın baş verib.

Bu barədə INA agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 100nəfər ölüb, 150-si isə yaralanıb.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

APA