Türkiyə Zəngəzur dəhlizinin bu tarixə qədər yaradılacağına ümid edirbackend

Türkiyə Zəngəzur dəhlizi layihəsinin 5 il ərzində həyata keçiriləcəyinə ümid edir.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “tvnet” kanalına müsahibəsində danışıb.

“Zəngəzur dəhlizinin Bakıdan Horadizə qədər olan Azərbaycan hissəsi başa çatmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 kilometrdir. Ümumilikdə bu dəhlizin yaradılma prosesi 5 il tələb edəcək. Düşünürəm ki, 2028-ci ildə bütün işləri başa çatdıracağıq”, – deyə türkiyəli nazir qeyd edib.

Onun sözlərinə görə, dəhlizin Ermənistan hissəsi 43 kilometr təşkil edir. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son zamanlar Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar verib.