Türkiyənin Azərbaycandakı səfirliyinə yeni təhsil müşaviri təyin olunubbackend

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni təhsil müşaviri təyin olunub.

“Yeni Gundem”-in xəbərinə görə, bu vəzifəyə Yurdagül Aydoğan təyin edilib.

Yeni təhsil müşaviri artıq Azərbaycanda fəaliyyətə başlayıb.

Qeyd edək ki, indiyədək səfirliyin təhsil müşaviri vəzifəsini Nurullah Yazıcı tuturdu.