“Ukrayna “Boeng”i İran raketi tərəfindən təsadüfən vurula bilərdi”backend

“Ukraynanın “Boeing 737” layneri İranın yer-hava tipli raketi ilə təsadüfən vurula bilərdi”.

“Yeni Gündem”in xarici mətbuata istinadən məlumatına görə, bu sözləri Böyük Britaniyanın Baş Naziri Boris Conson deyib.

“Hazırda təyyarənin İranın “yer-hava” raketi ilə vurulması barədə çox sayda məlumat var. Bu, təsadüfən də ola bilərdi. Biz Kanada və beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik, tam və şəffaf tədqiqat aparmaq zəruridir”, – Britaniyanın Baş Nazirinin yazılı bəyanatında qeyd edilib.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub.

Tehran qəzanın mühərrikdə yanğının baş verməsi səbəbindən meydana gəldiyini ehtimal edir.