Zamiq Hüseynov Gəncədə konsert verəcəkbackend

Çoxdan gözlənilən konsertə az qaldı… Zamiq Hüseynov yeni ilin ilk konsertinə imza atacaq.

“Yeni Gundem” xəbər verir ki, müğənni Zamiq Hüseynov Gəncə şəhərində konsert verməyə hazırlaşır. Sənətçinin musiqili gecəsi gələn ilin 2 fevral tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

Gənclər gününə həsr olunmuş solo konsert “İcazə ver” adlanır. Pop ulduz sevənləri ilə görüşdə sevilən nəğmələrini ifa edəcək.