Zərif Ermənistana bu tarixdə gedəcəkbackend

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Ermənistana səfərinin tarixi məlumdur.

“Yeni Gündəm” xəbər verir ki, qurumun mətbuat xidməti nazirin yanvarın 27-də Ermənistana səfər edəcəyini açıqlayıb.

Zərif İrəvanda ölkənin ali rəhbərliyi ilə danışıqlar aparacaq. Bu danışıqların mərkəzi mövzusunun Dağlıq Qarabağ olacağı ehtimal edilir.

Qeyd edək ki, bundan əvvəl nazir İran KİV-lərinə Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiyaya səfər etmək niyyətində olduğunu bildirmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Zərifin Bakı səfəri 24-25 yanvarda olacaq.