Somalidə türkiyəlilərin olduğu restoranda partlayış – 11 yaralıbackend

Somalinin paytaxtı Moqadişuda bomba partlayışı baş verib. 

“Yeni Gündem” xəbər verir ki, hücum paytaxtın 30 km-liyində olub.

“Röyters” agentliyi hücumun hədəflərinin türk inşaat işçilərinin olduğunu bildirib.

Türkiyə səfiri ölənlər olmasa da, yaralıların olduğunu açıqlayıb. Onun sözlərinə görə, 3-ü türk vətəndaşı olmaqla 11 nəfər yaralanıb.

Qeyd edək ki, hücum sırasında işçilər restoranda yemək yeyirmiş.