5-11 yaşlı uşaqlara “Pfizer” vurulacaqbackend

ABŞ-ın Qida və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarət idarəsi (FDA) 5-11 yaşlı uşaqlar üçün Pfizer/BioNTech vaksininin təcili istifadəsini təsdiqləyib.

“Yeni Gündəm” xəbər verir ki, qərar məlumatların dəqiq və şəffaf qiymətləndirilməsindən sonra verilib.

Bildirilir ki, Pfizer / BioNTech vaksini beş yaşdan yuxarı uşaqlara üç həftə ara ilə iki doza vurulmalıdır. Vaksinin dozası 12 yaş və daha yuxarı yeniyetmələr üçün istifadə edilən 30 mikroqramla müqayisədə 10 mikroqram olmalıdır.