72 yaşlı Xalq artisti yenidən sədr seçildibackend

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti 10-cu qurultayı baş tutub.

“Yeni Gundem” xəbər verir ki, tədbirdə İttifaqın idarə heyəti və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Daha sonra sədrlik üçün səsvermə keçirilib.

ABİ-yə rəhbər yenidən Xalq artisti Firəngiz Əlizadə seçilib. O, daha 5 il müddətinə İttifaqa rəhbərlik edəcək.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti 12 ildir ki, sözügedən qurumun sədridir.