ABŞ-da peyvəndlənmə başladıbackend

Dekabrın 13-dən etibarən ABŞ-da koronavirus peyvəndinin paylanılmasına başlanılıb.

“Yeni Gündəm” xəbər verir ki, “Pfizer” və “BioNTech” şirkətlərinin məhsulları ölkənin bütün ştatlarına dağıdılır.

Səhiyyə naziri Aleks Azar vaksinun vurulmasının bu həftə ərzində reallaşacağını bildirib. İlkin mərhədə 390 min doza peyvənd paylanılacaq.

ABŞ Prezidenti Donald Tramp və Ağ Ev əməkdaşlarına isə “COVID-19” vaksini tətbiq edilməyəcək. Bu barədə Tramp tvitterdə məlumat verib: “Mən bu mövzuda planlaşdırma qurulmasını tələb etmişəm. Mən və yaxınlarım peyvənd olmaq istəmirik. Amma uyğun bir zaman olarsa, tətbiqə icazə verərəm”.