ABŞ-da universitet ərazisində baş vermiş atışma zamanı 3 nəfər yaralandıbackend

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) Tauson Universitetinin ərazisində silahlı insident baş verib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.

“Universitetin düşərgəsində baş vermiş atışma zamanı üç nəfər yaralanıb. Polis araşdırma aparır”, – deyə şəhər polisinin “Twitter” səhifəsində qeyd olunub.

Bildirilir ki, yaralıların həyatları üçün heç bir təhlükə yoxdur. Məlumata görə, yaralılardan yalnız bir qız həmin təhsil müəssisəsinin tələbəsidir.APA