ABŞ-da virusdan ölənlərin sayı 1700-ü ötdübackend

ABŞ-da koronavirus qurbanlarının sayı artaraq 1711 nəfər olub.

“Yeni Gündəm” xarici mediaya istinadən xəbər verir ki, hazırda ölkədə virus daşıyıcılarının ümumi sayı isə 104,8 min nəfərdir.

Covid-19-dan ölüm hallarının sayına görə Nyu-York şəhəri liderdir (450 ölüm). İkinci yerdə isə Vaşinqton ştatının Kinq şəhəridir (125 ölüm).

ABŞ-da virusdan 894 nəfər sağalıb.