ABŞ hərbi gəmisi Gürcüstan sularına daxil olubbackend

ABŞ-ın 6-cı Hərbi Dəniz donanmasının “Donald Kuk” (USS Donald Cook-DDG-75) hərbi gəmisi Qara dənizdə Gürcüstan sularına daxil olub.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gəmini Gürcüstan Sahil Mühafizə İdarəsinin direktoru kapitan Ramaz Papidze və qurumun nümayəndələri qarşılayıblar.

Səfərin məqsədinin ABŞ və Gürcüstan arasında regional sülh və sabitliyin təşviqi üçün davamlı dənizçilik əməkdaşlığının inkişaf etdirilməsi olduğu bildirilib.