ABŞ Lukaşenkonun təyyarəsinə sanksiya tətbiq etdibackend

ABŞ Maliyyə Nazirliyi öz saytında Belarusa qarşı sanksiyaların genişləndirilməsi barədə məlumat yayıb.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, sanksiya siyahısına “BelAZ-Holdinq” holdinqinin idarəedici şirkəti, həmçinin Minsk Avtomobil Zavodu səhmdar cəmiyyəti əlavə edilib.

Belarus Mərkəzi Seçki Komissiyasının katibi Yelena Baldovskaya sanksiyalara məruz qalıb.

Bundan əlavə, Belarus prezidenti Aleksandr Lukaşenkonun istifadə etdiyi təyyarəyə qarşı sanksiyaların tətbiq edildiyi qeyd edilir.

Fərahim Rəhimov