Aİ Haiti Prezidentinin qətlini pislədibackend

Avropa İttifaqı (Aİ) Haiti Prezidenti Jovenel Moizin qətlini pisləyir və sakitliyə və sabitliyə çağırır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel tvitterdə bildirib.

“Biz Prezident Moizin qətlini pisləyirik. Onun ailəsinə və Haiti xalqına başsağlığı veririk”, – o yazıb.

Mişelin sözlərinə görə, Aİ Prezidentin qətli ətrafında vəziyyəti izləyir. “Biz vəziyyəti izləməkdə davam edirik və sakitliyə və sabitliyə çağırırıq. Yalnız inklüziv siyasi dialoq azad və şəffaf seçkilərin təşkilini təmin edə bilər”, – o əlavə edib.

Haitinin 53 yaşlı Prezidenti Jovenel Moiz iyulun 6-dan 7-nə keçən gecə sui-qəsd nəticəsində qətlə yetirilib. Ölkədə 15 günlük milli matəm elan edilib.