Ailə faciəsi: ana yanıb öldü, qızı isə binadan özünü atdı – FOTObackend

Türkiyədə ailə faciəsi yaşanıb.

“Yeni Gündəm” xəbər verir ki, Türkiyənin Konya şəhərinin Meram qəsəbəsindəki 5 mərtəbəli binanın ən yuxarı mərtəbəsindəki mənzildə yanğın baş verib.

Həmin mənzildə yaşayan, tibb bacısı olduğu deyilən Sevim Kayhan hadisə yerindəcə ölüb. Bunu görən 6 yaşlı qız özünü eyvandan atıb. Azyaşlının da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, onlar yanğın baş verən evə 1 ay əvvəl köçmüşdülər.

Milli.Az

image-918077_02 image-918077_04 image-918077_01 image-918077_03