Şotlandiyanın Aberdin və Misirin Süveyş Kanalı universitetlərinin alimləri araşdırma apararaq müəyyən ediblər ki, əqrəb zəhəri koronavirusun yeni ştammları ilə mübarizədə faydalı ola bilər.
“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə təhsil müəssisələrindən birinin saytında dərc olunmuş press-relizdə məlumat verilib.
Mütəxəssislərin fikrincə, əqrəb zəhərinin tərkibində bioloji aktiv peptidlərdən ibarət “möcüzəli kokteyl” var ki, onlardan bəziləri virus əleyhinə güclü təsir göstərir. Alimlər güman edir ki, onlar COVID-19-a qarşı yeni dərmanların əsasını təşkil edə bilər.
“Artıq əmin olduq ki, onların tərkibində son dərəcə güclü bioloji aktiv peptidlər var və bizi daha çox yeni kəşfləri gözlədiyini güman edirik”, – tədqiqatın müəlliflərindən biri, doktor Vael Hüseyn deyib.
Report