Almaniya Ukraynaya əlavə 12 milyard avro hərbi yardım verəcəkbackend

Almaniya Ukraynaya əlavə olaraq 12 milyard avro hərbi yardım verəcək.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşrin məlumatına görə, Almaniya Parlamentinin Büdcə Komitəsi Müdafiə və Xarici İşlər nazirliklərinin tələb etdiyi gözlənilməz büdcə xərclərini qarşılayıb.

Əlavə maliyyələşdirməyə 2023-cü ildə Ukraynaya köçürüləcək 3,2 milyard avro və 2024-2032-ci illər üçün kredit tranşları daxildir ki, bu da təxminən 8,8 milyard avrodur.

“Bu pulla Ukrayna Almaniya hökumətinin dəstəyi ilə birbaşa silah ala biləcək. Ukraynaya lazım olduğu qədər kömək etmək vacibdir”, – nəşrin məlumatına görə, Almaniya hökumət koalisiyasının üç siyasətçisi birgə bəyanatda bu barədə məlumat verib.

Fərahim Rəhimov