Aprel döyüşləri bir daha əminliklə təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir!backend

 Aprel döyüşləri bir daha əminliklə təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan  azad etməyə qadirdir!

      1-2-3-4 aprel tarixləri Azərbaycan Ordusunun əskər, zabitinin və xalqımızın qürurverci və şərəfli günləridir.

2016-cı il aprel ayınının birindən dördünə qədər, Ermənistan silahlı qüvvələri sərhədyanı kəndlərimizi, qoşunların təmas xəttindəki yaşayış məntəqələrimizi amansızcasına atəşə tutmuşdular. Azərbaycan Ordusunun cəsur və qəhraman oğulları düşmənin hücumunun qarşısını alıb, əks hücuma keçərək işğalçı ordunu geri oturtmaqla bərabər xeyli ərazilərimizi azad etmişdir.

    Bunlar Tərtər rayonunun Selsulan, Qazaxlı kəndləri, Talış kəndi ətrafındakı strateji yüksəkliklər, Cəbrayıl rayonunu LələTəpə strateji yüksəkliyi və Cocuq Mərcanlı kəndidir.

   2016-cı ilin apreli bu qətiyyətin başlanğıcı oldu. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatlarının qarşısı qətiyyətlə alındı, Lələtəpə, Bayraqtəpə kimi olduqca əhəmiyyətli yüksəkliklər də daxil olmaqla, 320 erməni silahlısı məhv edilmiş, 2 min hektarlarla ərazi düşməndən təmizlənərək işğaldan azad edildi. Bu, Azərbaycan Ordusunun böyük tarixi qələbəsi idi.

     Bu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş əzmini, qələbə ruhunu təsdiqlədi. Bu, ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixləşdi.

     Bu qəhrəmanlar və həmin həlledici günlərdə ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı “uduzmuş tərəf” sindromunu da məhz aprel döyüşlərinin qəhrəmanları aradan qaldırdılar. Bu gün yalnız şəhid ailləri deyil, bütün xalqımız aprel şəhidləri ilə qürur duyur.”

     Əminliklə təsdiqləndi ki, xalq ordusuna inanır, ona güvənir, ordu xalqa arxalanır. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi rəyin puç olduğunu da təsdiqlədi. Ordumuzun gücü həm də bu amillə bağlıdır.

Aprel döyüşləri bir daha əminliklə təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan  azad etməyə qadirdir və Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəkdir!

    Canlarını Vətən, Millət, Dövlət uğrunda qurban verən şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar.  Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar. 

  Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub və bundan  sonrada örnək olacaqdır. Bu günkü nəsili də, gələcək nəsili də şəhidlərin qəhramanlığlarından və vətənpərvərlik nümünələrindən nəsildən-nəsilə nümünə göstərməlidirlər.

    Bunun üçündə mən təklif edirəm ki, Şəhidlərimizin döyüşlərdə göstərdiyləri qəhramanlığlarından bəs edən vətənpərvərlik ruhunda çəkilən filmlər daha çox çəkilsin və bu filmləri ümum təsil müəssələrində göstərməklə yeniyetmə və gənclərin vətənpərvərlik ruhu artırılmalıdır.

  2016-cı ilin aprel şəhidləri daxil olmaqla, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar!

  

 Allah Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

 2016-Cİ İLİN QƏHRAMAN APREL ŞƏHİDLƏRİ

1. Polkovnik Yusifov Vüqar Nurəddin oğlu.
2. Polkovnik – leytenant Mirzəyev Murad Telman oğlu
3.Polkovnik – leytnant Orucov Raquf İbrahim oğlu
4. Mayor İmanov Samid Gülağa oğlu
5.Mayor Məmmədov Rasim Əbdül oğlu
6.Mayor Əliyev Elnur Adil oğlu
7.Mayor Musazadə Təbriz Tariyel oğlu
8.Mayor Vəlizadə Urfan Uzeyir oğlu
9.Kapitan Quliyev İnqilab Çingiz oğlu
10.Kapitan Bayramov Vaqif Dilqəm oğlu
11.Kapitan Savalanov Nəciməddin Akif oğlu
12.Kapitan Orucov Mühit Qurban oğlu
13. Baş leytenant Novruzov Mirzə Sərvər oğlu
14.Baş leytenant Həsənov Ziya Niyaz oğlu
15. Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu
16. Baş leytenant – İsmayılov Əbubəkr Vüqar oğlu
17. Baş leytenant – Namazov Elvin Məmməd oğlu
18. Baş leytenant Dədəkişiyev Cavid Gülbala oğlu
19. Baş leytenant İsgəndərov Elnur İsgəndər oğlu
20.Baş leytenant Orucəliyev Qabil Əbdüləli oğlu
21.Leytenant Şirinov Sahil Həsrət oğlu
22.Gizir Hümbətov Orxan Kazım oğlu
23. Gizir Cəfərov Mirsalam Təfəkkür oğlu
24.Gizir Teymurov Pəncəli Nurməmməd oğlu
25. Gizir Abdullazadə Nurlan Rasim oğlu
26. Gizir İsgəndərov Nicat Bəhruz oğlu
27. Gizir Ağayev Rusif İbrahim oğlu
28.Gizir Tağıyev Rahim Qara oğlu
29. Kiçik gizir Səfərov Elimdar Səlomxan oğlu
30.Kiçik çavuş Həmidov Orxan İbrahim oğlu
31.Kiçik gizir Qurbanov Tural Gülşad oğlu
32. Kiçik gizir Hüseynov Bəxtiyar Rəfael oğlu
33. Kiçik gizir Abidov Babək Vəfadar oğlu
34. Kiçik gizir Cavadzadə Şahin Yaşar oğlu
35. Kiçik gizir Fərəczadə Toğrul Habil oğlu
36. Kiçik gizir Qasımov Teymur Sabir oğlu
37. Kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlu
38. Kiçik gizir Qarayev Dilsuz Məmmədağa oğlu
39. Kiçik gizir Novruzov Ravil Elman oğlu
40. Kiçik gizir Bayramov Sərxan Oqtay oğlu
41. Kiçik gizir Müstəcəbov Orxan Ələsgər oğlu
42. Kiçik gizir Əhmədov Rüstəm Oruc oğlu
43.Çavuş Musayev Səbuhi Rəfail oğlu
44.MAXİ Hüseynov Ayaz Ələkbər oğlu
45. MAXİ Adilzadə Adil Kamran oğlu
46.MAXİ Mirzəyev Məhəbbət Ədalət oğlu
47. MAXİ Əsgərli Nurlan Bayram oğlu
48. MAXİ Qayıbov Elvin Sədrəddin oğlu
49. MAXİ Hüseynov Əlvan Qafar oğlu
50. MAXİ Qəhrəmanov Ruhin Əşrəf oğlu
51.MAXİ Dəmirli Hüseyn Zeynal oğlu
52. MAXİ Quliyev Səyyar Knyaz oğlu
53. MAXİ Məmmədov Murad Vaqif oğlu
54. MAXİ Əsgərov Təbriz Hamlet oğlu
55. Əsgər Mirzəyev Elvin Azadxan oğlu
56.Əsgər Nurayev Rəvan İsmayıl oğlu
57 Əsgər Kaçayev Samir Ziyatin oğlu
58. Əsgər Mehrəliyev Sərvan Natiq oğlu
59. Əsgər Əliyev Orxan Məhəmməd oğlu
60. Əsgər Süleymanov Vüqar Natiq oğlu
61. Əsgər Cəbrayılov Ömər Məzahir oğlu
62.Əsgər Qasımov Nurlan Cəmil oğlu
63. Əsgər Novruzov Fərahim Nadir oğlu
64. Əsgər Bağırov Sərxan Azır oğlu
65. Əsgər Mirzəyev Nurəddin Etimad oğlu
66.Əsgər Orucov Müşfiq Arif oğlu
67. Əsgər Qasımov Teymur Mikayıl oğlu
68. Əsgər Hacağayev Cabbarxan İlham oğlu
69. Əsgər Bağırov Emin İmran oğlu
70. Əsgər İslamov Əlizaman Fərrux oğlu
71. Əsgər Əzizzadə Xaliq Həsən oğlu
72. Əsgər Şirəliyev Kamran Faiq oğlu
73. Əsgər Məmmədov Ülvin Cəmaləddin oğlu
74. Əsgər Bağırzadə Firdovsi Əliş oğlu
75. Əsgər Xeyirbəyov Əmiraslan Xəlil oğlu
76. Əsgər Mirzəyev Mahir Sabir oğlu
77. Əsgər İbrahimov Mahmud Azər oğlu
78.Əsgər Dəmirli Altun Fərman oğlu
79. Əsgər Nəsirov Röyal İmran oğlu
80. Əsgər Qurbanlı Fəxrəddin Seyfəddin oğlu
81. 
Əsgər Dadaşov Tural Sabir oğlu
82. Əsgər Bayramov Şulan Bayram oğlu
83. Əsgər Quliyev Mahir Qədir oğlu
84. Əsgər Zəkərayev Nazim Nadir oğlu
85. Əsgər Səmədov Elşən Səməd oğlu
86. Əsgər Vahabzadə Mikayıl Yaqub oğlu
87. Əsgər Niftallı Rəşad Şakir oğlu
88. Əsgər Axundov Əbdülməcid Nadirşah oğlu
89. Əsgər Alıyev Vüsal İbrahim oğlu
90. Əsgər Baxşəliyev Rəşid Əliağa oğlu

 

 Əfqanstan və Qarabağ müharibələrinin iştirakçısı,

 Azərbaycan Respublikası  “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun prezidenti,

 Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək Mərkəzinin direktoru Sərraf Oruc

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu