Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti media nümayəndələrini yeni intensiv meyvə bağlarında istifadə olunan müasir texnikalar və bu il biçinə çıxarılmış yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar ilə tanış edib.
Kütləvi informasiya vasitələri üçün Quba və Qusar rayonlarına təşkil edilmiş səfərdə “Aqroservis” və “Prior Leasing” açıq səhmdar cəmiyyətinin bu il fermerlərə təqdim etdikləri ən müasir texnikalar nümayiş edilib.
“Meyvəçilik və çayçılıq elmi tədqiqat insitutunun” böyük elmi işçisi Asif Kərimov “Yeni Gündəm”in suallarını cavablandırıb.
Asif bəy ,sizin sistemin üstünlüyü və faydası nədən ibarətdir?
-Örtük sisteminin faydası və üstünlüyü ondan ibarətdir ki, bizim sahələrdə mövsümlə əlaqəli olaraq çiçəklənmə dövründə güclü yağıntılar və dolu qaçınılmaz olur.Sözügedən sistemin əsas məqsədi, təsərrüfatımızı doludan və küləkdən qorumaqdır.
Digər bir üstünlüyümüz isə sahələrə quraşdırdığımız yeraltı damlama sistemidir.
Yeraltı damlama sistemi yerüstü damlama sistemindən fərqli olaraq bizə imkan verir ki, torpağa daxil etdiyimiz gübrə birbaşa bitkinin kökünə lazımı miqdarda çatsın və təmas etsin.
Sistem vasitəsilə buxarlanmanın və itkinin qarşısını almış oluruq. Həmin sistemi birbaşa erkən xəbərdarlıq sisteminə bağlamışıq və beləliklə sahənin müəyyən yerlərində çiplər quraşdırılıb ki, sahibkar sistemi aktiv etdikdən sonra daha orada nəzarət etməyinə ehtiyyac yaranmır.
Artıq torpağın nəmliyi 60 %-dən aşağı düşdükdə suvarma və gübrələmə sistemi avtomatik işə düşür.
Sistemin məhsul əldə etmədə nə kimi təsiri vardır?
Bildiyiniz kimi, biz elmi tədqiqat insitutuyuq əsas məqsədimiz layihə hazırlayıb onun keyfiyyətini yoxlayıb, daha sonra sahibkarlara fermerlərə təqdim etməkdir . 16 hektarlıq sınaq kimi saldığımız sahədə, digər bağlara nisbətdə 20-30 % məhsul əldə etməyimiz əlbətdə sistemin üstünlüyündən xəbər verir.
Bu da sistemin ümumi cəmi və nəticəsidir.
Meyvəçilik sahəsi üzrə nəqədər məhsul əldə edirsiz?
-Təsərrüfatda proqnoz var ,ancaq konkretlik yoxdur.Biz yalnız statistikaya əsasən deyə bilərik ki ,məhsulumuzun illik gəliri digərlərilə müqayisədə 25-30 % artıqdır və çoxdur.
Sahədə hansı məhsullar var?
-Bizə məxsus 16 hektarlıq sahədə gavalı, nektarin, gilas, armud və gavalının digər formaları mövcuddur.
Neçə illik bağlardır?
-Hal-hazırda gördükləriniz, 2 illik bağlardır və 2 ilə artıq məhsul verir.Biz yeni texnologiya vasitəsilə qayısı bağı salmış və “sıx əkin” sistemi yaratmışıq. “sıx əkin” sistemi sahibkarların daha az itki verməsinə səbəb olan sistemdir. Belə izah edim ki ,qayısı bağı 6/5 əkin sxemində əkildiyi halda biz 3/2 yarıma əkmişik. Səbəbi isə bizim sahibkarın 5 ilinə qədər öz əkin bağından maximum şəkildə istifadə edə bilməsidir.
Daha sonra isə, biz ağacları birdən-bir şəkildə məhv edirik və digər ağaclar yenə 6/5 əkin sxemində dayanır.
Burada əsas məqsəd yüksək gəlir əldə etməkdir.
Bağ salındıqdan sonra nə qədər müddət ərzində məhsul verməyə başlayır?
-Hal-hazırda dünya praktikasında belə bir prinsip var : daha az vaxt daha çox məhsul.Bizdə biotexnoloji labarotoriyalar fəaliyyət göstərir ki , bu da öz növbəsində bizə müəyyən qədər məhsul götürməyə imkan verir.
“Aqroservis” ASC tərəfindən aqrar sahədə tətbiq edilən innovativ yeniliklərdən biri də gübrələmədə yeni texnologiyanın tətbiqidir. ASC fermerlərə aqrodronlar vasitəsilə dərmanlama və gübrələmə təklif edib. Aqrodronlar ilk öncə sahəni monitorinq edir, xəstəlik və ziyanverici sirayətləmə arealını skan edir. Skan olunan ərazi isə opetativ şəkildə dərmanlanır. Aqrodronlarla dərmanlama və gübrələmə əsasən texnikaların girə bilmədiyi sahələrin, sahənin xəstəlik sirayətlənən sahələrin dərmanlanmasını həyata keçirir.
Ayşən Rəhim
Yenigundem.az