“Bu gün Bakı və Astana yeni dövrə qədəm qoyur”- Deputatbackend

Qazaxıstan və Azərbaycan arasında  dostluq, qardaşlıq münasibətləri qədim tarixə söykənir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə hakimiyyətə gəldiyi dövrdən başlayaraq iki ölkə münasibətləri daha geniş şəkildə inkişaf etməyə başlayıb. Cənab Prezident İlham Əliyev Qazaxıstanla münasibətlərin dinamik inkişafında həmişə maraqlı olub”.

Bu fikirləri “Yeni Gundem”– ə Azərbaycan -Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Naqif Həmzəyev açıqlayıb.

Milli Məclisin deputatı N. Həmzəyev bildirib ki, bu gün Bakı və Astana yeni strateji müttəfiqlik səviyyəsinə qədəm qoyur:

“Bildiyimiz kimi, bu gün Qazaxıstan Prezidenti Kasım-JomartTokayevin ölkəmizə dövlət səfəri başlayıb. İki ölkənin Ali Dövlətlərarası Şurasının ilk iclası keçirildi. Bu bir daha onu göstərir ki, Bakı və Astana yeni strateji müttəfiqlik səviyyəsinə qədəm qoyur.

Həm Azərbaycan, həm də Qazaxıstan Türk Dövlətləri Təşkilatının aparıcı qüvvələrindən biridirlər. Azərbaycan və Qazaxıstan birlikdə olduğu bütün beynəlxalq təşkilatlarda mövqeyiləri üst-üstə düşür. Hər iki ölkə hər zaman bir-birlərini dəstəkləyiblər”.

Milli Məclisin üzvü onu da əlavə edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsinin gedişatında  qardaş ölkənin dəstəyini hiss edib.

“Qazaxıstan eyni zamanda Azərbaycanın Qarabağın bərpası işinə dəstəyini nümayiş etdirir. Sabah açılışı olacaq Kurmanqazi adına Yaradıcılıq Mərkəzi dost və qardaş ölkənin bizə hədiyyəsidir. Dövlət başçılarının bu gün kü görüşü , bir daha iki ölkə münasibətlərinin yüksək səviyyəyə çatmasına böyük dəstək olacaq. Hesab edirəm ki, bu görüş Orta Dəhlizin inkişafı üçün də əla fürsətdir”,- deyə O, qeyd edib.

“Yeni Gündem”