“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il Azərbaycanda keçirilməsi qərarı hər şeydən öncə ölkəmizə göstərilən beynəlxalq etimadın nəticəsidir”.
Bunu “Yeni Gundem”-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, COP29-un Azərbaycana keçirilməsi sübut edir ki, ölkəmnizə olan beynəlxalq etimad və inam daha da atmaqdadır:
“Müasir dünyamızı narahat edən əsas problemlərdən ən ümdəsi ekoloji problemlər – iqlim dəyişmələri, suyun, havanın, torpaq örtüyünün çirklənməsi, səhralaşma prosesidir. Son on il ərzində dünyada bu problemlərin həlli istiqamətində müəyyən adımlar atılsa da, ekoloji problemlərin effektiv həlli dünya dövlətlərinin birgə fəaliyyətini zəruri edir. Bu baxımdan ümumilikdə COP29-un təşkili dünyamızın ekoloji problemlərin həlli istiqamətində birlik sərgiləməsi baxımından önəmlidir. Tədbirin Azərbaycanda keçirilməsi isə ölkəmizin ekoloji problemlərə qarşı apardığ mübarizədəki müstəsna rolundan xəbər verir. Odur ki, tədbirin məhz Bakıda keçirilməsi bizim üçün qürurvericidiri”.
Cəlil Xəlilov qeyd edib ki, tədbir bir çox qurumlar kimi, vətəndaş cəmiyyəti institututlarının da üzərinə böyük məsuliyyət qoyur:
“Təbii ki, bu cür böyük, möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi bir sıra qurumlar, eləcə də QHT-lər qarşısında böyük məsuliyyət qoyur. QHT-lər yaranmış vəziyyətdən sitifadə edərək Azərbaycanın ekologiyanın yaxşılaşması, təbiətin qorunması istiqamətində dövlətimizin gördüyü işlərlə yanaşı, ermənilərin 30 il ərzində həyata keçirdiyi ekoloji cinayətlər haqqında beynəlxalq birliyi ətraflı şəkildə məlumatlandırmalı, erməni faşizminin cinayətlərini ifşa etməlidir. Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçiridyi ekoloji layihələr, xüsusilə də, “yaşıl enerji” siyasəti, bu siyasətin regional və qlobal əhəmiyyəti beynəlxalq birliyin diqqətinə çatdrılmalıdır. Biz çalışmalıyıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin bu sahədə gördüyü işlər haqqında dünya xalqlarına daha çox məlumat verək, ölkəmizin dünyanın gələcəyi uğrunda ortaya qoyduğu mübarizə ilə ətraflı tanış edək”.
Polkovnik Fransanın COP29 tədbirinin Azərbaycanda keçirilməsinə maneçilik törətmək cəhdini də tənqid edib:
“Fransa Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan siyasəti yürütməyə başladı ki, məlum siyasət bu gün də davam edir. Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsini heç cürə həzm edə bilməyən Fransa, COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxmaqda, yeni təxribata can atmaqdadır. Ancaq rəsmi Paris başa düşməlidir ki, onun bugünə qədərki təxribatları kimi, bundan sonrakı təxribatları da heç bir nəticə verməyəcək. Ölkəmiz haqqındakı böhtan və iftiralar beynəlxalq birliyin Azərbaycana olan etimadını azaltmayacaq, əksinə, Fransanın öz imicinə öldürücü təsir göstərəcək.
Müasir Azərbaycan dünyada söz sahibi olan bir dövlətdir və mövcud proseslər göstərir ki, dövlətimizin bu mövqeyi daha da möhkəmlənməkdədir”.