Bizi bu dünyaya gətirən insan
Saçları ağarıb yaman qocalıb
Nə qədər qocalsada şükür eləyir
Övlad üçün ömrünu verməyə hazır.
Sən mənim ömrümün bəzəyi atam
Sənsən evimizin dirəyi atam
Heç vaxt xətrimə dəyməyib mənim
Həmişə yolumu gözlüyən atam.
Qərib qızı gəlsə qoyunlar kəsib
Kim hara buyursa dinməzcə gedib
Qohuma – yadada canını verib
Nəvələrin yolun gözlüyən atam.
Vaxtsız vədəsiz təkcə qalıbdı
Qoca anasıyla təkcə yaşıyıb
Bacıdan qardaşdan əllərin üzüb
Heç kimin qəlbinə dəymiyən atam.
Bacısız – qardaşsız ömür sürübdü
Bəlkədə qəlbində dərdi qalıb
Qəlbindəki dərdin kimə söyləsin
Atamın qardaşları çoxdan ölübdür.
Ruhunuz atacan dedim şad olsun
Qəbriniz dedimki, nur ilə dolsun
Yatdığınız yerlər qoy cənnət olsun
Əllərim duada atacan.
Təki Allah mənim səsimi eşitsin
Duamın savabı sizə yetişsin
Yalvardım Allahdan soruşdum yenə
Yatdığınız yerlər cənnətə dönsün
Yalançı dünyada sizdən doymadım
Həqiqi dünyada görüşərik biz
Ürəkdəki dərdimi açıq deyərdim
Bəlkədə məsləhət verərdin ata.
Qumuru Balakişi qızı
Özbəkistan