DUNYAYA ÇAĞIRIŞbackend

Nələr çəkib başın, türk-oğuz yurdum, 

Murğuzum, Şahdağım şahiddir buna,
Göz yaşın çay olub, Gedikdən sordum…
Dünya nəzər salsın tarix yoluna…

Azərbaycan – Gəncə – Qazax – Çəmbərək,
Qaraqoyunlumuz, Göyçə mahalı,
Birlikdə uluydu, yetimdi tək-tək,
Namərdin hökmüylə dəyişib halı…

Çəmbərəyi alıb Azərbaycandan, Haylara qondarma dövlət yaratdız…
Yad bayraq altında can alıb candan…
Hayları köçürüb araya qatdız…

Dil(i)can dərəsindən Soyuqbulağa,
Qaraqoyunlumun dilbər guşəsi,
İyirminci əsrdə çanaqlı bağa,
Törətdi dörd dəfə qaçqınlıq səsi…

Qar-boran, lüt-üryan, yetsə əl-ələ,
Son nəfərə kimi, hamı qovuldu,
Doxsan bir, dörd aprel, bir fərman ilə,
Kəndlərə erməni adlar qoyuldu…

Ad dəyişib neçə dəfə Çəmbərək,
Krasnoselo oldu, bir kərə adı…
Sonra da “Qarnirqyuğ”- “hay”ın, deyərək,
Adlar dəyişildi qalan olmadı…

O iyrənc adların qalsın özünə,
Halal yurdum murdar adı götürməz,
Tüpürəcək tarix bir vaxt üzünə,
Haram torpaq heç vaxt xeyir gətirməz!

Kimsəyə çatmadı fəryad, harayım,
Yüz minlərlə qaçqın! Heç dünya dindi?
Bir ovuc könüllü tərk edən “hay”ın,
Sədası dünyaya səs salıb indi.

Hesabat qərəzli, Haqqın Şurası!
“Heç vaxt vaz keçməyin!”- söylədin bizə,
Sizlərdən sözündə kimsə durası?
Barı hörmət edin, vəzifənizə!

Haqqa, ədalətə daha çözüm yox,
Doğmalar yadlaşır, el pərən-pərən,
Yad, özgənin torpağında gözüm yox,
Göz açdığım, öz yurdumu istərəm!

16.01.2024
Rüxsarə Adilqızı (Həsənova) BDU-nun dosenti, b.e.f.d, AYB-nin üzvü, şair, Qərbi Azərbaycan, Çəmbərək rayonu Mədəni irsimiz, tarixi adlar və toponimlər təşkilatının və Qaraqaya kənd İcmasının sədri