Avropa koronavirusa qarşı peyvənd hazırlamaq üçün 7,5 milyard avro ayıracaqbackend

Avropa liderləri koronavirusa qarşı peyvənd hazırlamaq üçün 7,5 milyard avro toplamağa söz veriblər. Onlar müvafiq məktuba imza atıblar.

“Yeni Gündəm” xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Mənbə bildirir ki, bu gün bu təşəbbüsə həsr olunmuş beynəlxalq onlayn konfrans olacaq.

Konfransın həmsədrləri Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Norveç, Səudiyyə Ərəbistanı və Avropa Komissiyasıdır.

Yenigundem.az