Avropa Parlamentinin prezidenti Zelenski ilə görüşübbackend

Avropa Parlamentinin prezidenti Roberta Metsola bu gün Ukraynaya səfər edib.

Bu barədə Metsola “Twitter“də yazıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan Metsola ikinci dəfədir ki, bu ölkəyə səfər edir.

Səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşən Roberta Metsola Avropa Parlamentinin Ukrayna dövlətinə və xalqına dəstəyinin davamlı olacağını bildirib.

APA