Bu gün “Axar.az” xəbər saytının 5 yaşı tamam olur.
“Yenigundem”-xəbər verir ki, 2013-cü ilin sentyabrında yaranan sayt oktyabrın 19-dan fəaliyyət göstərir. İctimai-siyasi operativ xəbər portalı olan Axar.az-da rubrika yazıları, gündəm, siyasət, yerli və xarici xəbərlər, idman, mədəniyyət, şou xəbərləri dərc olunur.
Axar.az saytı “Teleqraf.com” MMC-nin tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri tanınmış jurnalist Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.
“Yenigundem” olaraq Axar.az-da çalışan bütün həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq