Tanınmış jurnalist moderator.az saytına baş redaktor təyin edildibackend

Jurnalist Xəyalə Rəis Moderator.az saytına baş redaktor təyin olunub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə tanınmış jurnalist Xəyalə Rəis məlumat yayıb.

Xəyalə Rəis daha əvvəl də Moderator.az-da çalışıb.

Xatırladaq ki, Moderator.az-ın qurucusu və baş redaktoru Zülfüqar Hüseynzadə bu il iyunun 18-də doğulduğu Kəlbəcər rayonunda səfərdə olarkən vəfat etmişdi.