Media Tədris Mərkəzinin tələbələri imtahan verdibackend

Bugun.tv xəbər verir ki, Media Tədris Mərkəzinin tələbələri 6 aylıq kursu başa vuraraq imtahandan keçiblər. İştirakçılar tədris müddətində öyrəndikləri xəbər, reportaj, müsahibə janrları, televiziya-radio jurnalistikası, diksiya, montaj, operatorluq peşələri üzrə suallara yazılı və şifahi cavab veriblər.

Media Tədris Mərkəzində imtahan
Media Tədris Mərkəzində imtahan

Tədris mərkəzinin direktoru Elnarə Dərziyevanın sözlərinə görə, 4 saat davam edən imtahanda tələbələr təcrübə yoxlanışından da keçiblər.

“İmtahan gözlədiyimdən də uğurlu oldu. Tələbələrimizin kursu tam mənimsəyə bilməsi bir müəllim kimi məni çox sevindirdi. Hər birinə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram! Əminəm ki, tələbələrimizin media sahəsinə aid öyrəndikləri onlara jurnalistika karyeralarını qurmaqda və inkişaf etdirməkdə böyük kömək olacaq”.

Təcrübə imtahanı
Praktik imtahan

Qeyd edək ki, artıq 2 ildir fəaliyyət göstərən Media Tədris Mərkəzində jurnalistikanı əhatə edən bütün sahələr üzrə (yazı jurnalistikası, sayt admini, radio-televiziya peşəsi, aparıcılıq, düzgün danışıq, diksiya, televiziya peşələri, müxbir, operator, montaj, SMM, Rəqəmsal Media üzrə mütəxəssis və s.) 6 aylıq dərslər təşkil olunur.

Tələbələrə tanınmış televiziyaçılar, Bakı Dövlət Universitetinin müəllim və dosentləri, aparıcılar, media ekspertləri və digər peşələr üzrə mütəxəssislər təlim keçirlər.

Operatorlar imtahan verdi
Operatorlar İmtahan verir

İldə iki dəfə nəzərdə tutulan 6 aylıq kursların sonunda gələcəyin jurnalistlərinə sertifikatlar təqdim olunur.

Media qurumlarından vakansiyalarla bağlı müraciət daxil olduqda isə tədrisi uğurla başa vuran tələbələr işlə təmin edilirlər.

Müxbir: Arzu İbrahimova