Əhməd İsmayılov Şuşa Forumundan danışdıbackend

“Doğma Şuşamızda Qlobal Media Forumu keçirilir. Bu Forumun ilk günündə Prezident İlham Əliyevin iştirakı bizim üçün çox böyük əhəmiyyət daşıyırdı. Forum iştirakçılar tərəfindən də böyük rəğbət və maraqla izlənildi. Üç saata yaxın vaxt ərzində 60-dan çox yerli jurnalistin, media subyekti rəhbərlərinin sualları cavablandırıldı. Azərbaycan Prezidenti çıxışında Azərbaycanda media sahəsində islahatların istiqamətlərini də müəyyən etmiş oldu”.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun yekunları ilə bağlı jurnalistlərə müsahibəsində ifadə edib.

Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumunun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması, fikir mübadilələrinin aparılması idi.

Əhməd İsmayılov bütün Forum iştirakçıları, Azərbaycanın mətbuat nümayəndələrinin rəhbərləri, media menecerləri adından Prezident İlham Əliyevə belə bir şərait yaratdığına görə dərin təşəkkürünü bildirib.