“Azərbaycan kişisi niyə sinəsinə döyməli yaxud ağlamalıdır?” – AÇIQLAMAbackend

Son günlərdə gündəmi zəbt edən, şahidi olduğumuz bir məsələ var. Şəhid dəfnlərində dini mərsiyyələrin səsləndirilməsi.Yaxşı bunların qəhrəman Şəhidilərimizə bir əhəmiyyəti varmı. Əlbəttə ki, xeyr. Səsləndirilən mərsiyyələrdədə ərəb ideologiyasını təbliğ edirlər. Halbuki ərəblər əsrlər əvvəl hakimiyyət uğurunda müharibə apararaq yurdumuzu, vətənimizi yerlə-yeksan etmişdilər. Bu gün isə vətən uğrunda canından keçən qəhrəmanlarımızın dəfnində ərəbləri təbliğ edirlər. Bu çox təhlükəli məsələdir. Burda hər hansı təşkilatlanmanın olduğu fikrinində əsasını qoyur.

Bəs həqiqətənmi bunun hər hansı təhlükəsi varmı ?

“Yeni Gundem” olaraq bu suallara cavab tapmağa çalışdıq.

Sosioloq Lalə Mehralı “Yeni Gundem”-ə açıqlamasında bunun təhlükəli olduğunu vurğuladı. Həmçinin şəhidlərimizin əziz ruhuna hörmətsizlik olduğunda dedi.

“Biz bu məsələyə son günlər sosial şəbəkələrdə çox rastlaşırıq. Hədsiz dərəcədə çox təhlükəli bir məsələdir. Bunu müzakirə etmək, gündəmdə saxlamaq, lazımı orqanların diqqətinə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Kim olursaq olaq, bu məsələdə yekdil fikirdə olmalıyıq. Artıq əksəriyyətimizin Şəhidlərimizin ruhuna hörmətsizlik olduğunun fərqindədir. Lakin ora toplaşan qaragüruh bunun fərqində deyil. Onlar II Fəxri Xiyabanın önündə dəstə halında gözləyirlər. Xiyabana daxil olan hər bir Şəhidin nəşi ətrafında birləşib, dediyimiz mərsiyyələrdən oxuyurlar. Bu hallar rayonlarımızda küçələrdə baş verir. Paytaxtımızda isə Fəxri Xiyabanda. Bu günlərdə bir Şəhidimizin anası bunla bağlı ciddi etirazını bildirdi. Onlarda susdular, məncə bütün Şəhid dəfnlərində buna ciddi etiraz etmək lazımdır. Onları oradan uzaqlaşdırmaq lazımdır. Qarageyimli insanların oxuduğu mərsiyyələr, Şəhid ruhu üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar Hüseyn deyərək sinəsinə döyürlər.

Ümumiyyətlə Azərbaycan kişisi niyə sinəsinə döyməli yaxud ağlamalıdır?

Bu Azərbaycan kişisinə yaraşmır, ona görə dövlətimizdə bunla bağlı ciddi ölçü götürməlidir.

Bu insanlar uzaqlaşdırılmalıdır.”

Fərahim RƏHİMOV

Yenigundem.az