Azərbaycanda yeni sayt fəaliyyətə başlayıbbackend

Bu gün Azərbaycanda internet portalları arasında öz dəsti-xətti ilə seçilməyi qarşısına məqsəd qoyan GNS.AZ (GLOBAL NEWS SERVICE) saytı fəaliyyətə başlayıb.
Saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında baş verən hadisələr oxucuların diqqətinə çatıdırılacaq. Burada əsas diqqət isə iqtisadi xəbərlərə yönələcək. Belə ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində qeydə alınan mühüm dəyişiklik və yeniliklərdən gns.az mütəmadi xəbər verəcək.
Bununla belə, saytın köməkliyi ilə dünyada baş verənlərdən də xəbər tutmaq mümkün olacaq.
Ən əsası, gns.az əsas fəaliyyətini dəqiqlik və qərəzsizlik prinsipi üzərində quracaq.