Azərbaycanlı kriminal avtoritet HƏBS EDİLDİ – FOTObackend

İnterpolun axtarışa verdiyi azərbaycanlı həbs olunub.

“Yeni Gündəm” xəbər verir ki, barəsində beynəlxalq axtarış elan edilmiş 1990-cı il təvəllüdlü İbrahim Muxtarovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda onun işinə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır.

Qeyd edək ki, İbrahim Muxtarov 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirməkdə ittiham olunub. İ.Muxtarov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün Azərbaycan məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edilib