“Baku Medical Plaza”da ölümbackend

Bakıda məşhur klinikada ölüm faktı qeydə alınıb.

“Yeni Gundem”in verdiyi xəbərə görə, 1950-ci il təvəllüdlü Sevil Zeynalova ağciyər xəstəliyinin kəskinləşməsi diaqnozu ilə noyabrın 13-də “Baku Medical Plaza”ya yerləşdirilib və orada müalicə almağa başlayıb. Lakin dekabrın 23-də xəstəxanada ölüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, daxili müayinə olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.