Belarusda ölüm hökmü bərpa edilə bilərbackend

Belarus parlamentinin yuxarı palatası terror aktına cəhdə görə ölüm cəzasının mümkünlüyünü nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı Belarusun dövlət agentliyi olan “Belta” yayıb.

Parlamentin aşağı palatasının mətbuat xidməti isə vurğulayıb ki, qanun layihəsi dağıdıcı elementlərə qarşı çəkindirici təsir göstərmək, habelə dövlətin terrora qarşı qətiyyətli mübarizəsini nümayiş etdirmək məqsədilə hazırlanıb.

Qeyd edək ki, Belarusda qanun layihəsinin qüvvəyə minməsi üçün onu parlamentin hər iki palatası təsdiq etməli və sonda layihə prezident tərəfindən imzalanmalıdır.