“Bir işə yarayım” Bənövşə Mahmudqızı YAZİRbackend

İdeyalarla aldanmış, qəzəbli terrorist, Yüzlərcə insana sıxacağın güllələri Sıx sıxılmış canıma Bir işə yarayım.

İçib ortalığı qarışdıran Sən ey davakar alkaş, O bıçaqla səni ayıran oğlanı yox Yaralanmış ürəyimi yarala Gözlərim qarala-qarala Bir işə yarayım.

Qudurğan varlı balası Bahalı maşın alıb atası Sən Top oynayan uşağı yox Əzilmiş ruhumun bədənini əz keç İstəsən lap gəz keç Bir işə yarayım.

Məktəbin həyətində qızları güdən oğraş Təcavüz edilmiş ruhumun bədənini sənə verirəm Eni uzunu sənin olsun, Amma nəfsin saf uşaqlardan uzaq dursun! Bir işə yarayım.