Azərbaycan dövləti başda cənab Prezidentimiz olmaqla nəyə söz verirsə, hansı öhdəliyi üzərinə götürürsə onların hamısını reallaşdırır.Bütün dünya bunu başa düşüb, reallıqla barışıb və dəstəkləyib. Məsələni sülh yolu ilə həll etmək Azərbaycan tərəfinin dəyişməyən istəyidir. Dəvət edilən bütün görüşlərdə də Azərbaycan tərəfi fəal iştirak edib.
Bu sözləri “Yeni Gundem”–ə açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev bildirib.
Millət vəkili vurğulayıb ki, hazırkı vaxta ermənilərin situasiyası dəyişib.
“Artıq iş-işdən keçib. Ermənilərin situasiyası dəyişib.İtirə-itirə davam edirlər. Biz bir tərəfdən gücümüzü, bir tərəfdən isə diplomatik masada fəal işləyirik. Yəni biz hərtərəfli hazırıq. Sonda sülhün olacağına da müəyyən inamlar var. Təki sülh olsun. Təki onların ağlında ki, vəhşilik olmasın. Bu gün bütün dünya bizi çox yaxşı tanıyır. Azərbaycan üç il əvvələ qayıtmaq istəmir. Heç buna getməyəcəkdə. Sadəcə 5-6 saatlıq əməliyyatla istədiyimizi edəcəyik. Ancaq indi biz bunu istəmirik. Maksimum humanistliyimizi qoruyub saxlayarıq. Rəsmi Bakı diplomatiya masasına beş baza prinspi ilə gedib. Mən Azərbaycan parlamentinin üzvü olaraq bütün təklifləri dəstəkləyirəm. Bu işdə əməyi keçənlərə öz adımdan və seçicilərim adından minnətdarlığımı ifadə edirəm. Azərbaycan dövləti düzgün və düşünülmüş addım atır. Bütün dünyanın rəğbətini qazanmışıq. Əlbəttə istisanlarda var. Ədaləti bərpa etmişik. Azərbaycan ərazi bütövlüyünü təmin edib”,-deyə o qeyd edib.
Fərahim Rəhimov