İngiltərə Baş Naziri Boris Conson dekabrın 12-də keçirilən növbədənkənar parlament seçkilərində səslərin nəticələrinə görə yenidən parlament üzvü seçilib.
“Yeni Gundem” xəbər verir ki, onun sədri olduğu Mühafizəkarlar Partiyası, exit-pollun nəticələrinə görə, 86 yerdən həlledici səs çoxluğunu qazanıb.
Nəticələrə görə, mühafizəkarlar 650 yerlik İcmalar Palatasında 368, Leyboristlər 191, Şotlandiya Milli Partiyası 55, Liberal Demokrat Partiyası 13, Pleyd Kamri -3, Yaşıllar Partiyası-1 müstəqil namizədlər isə 19 yer tutacaq.
Qeyd edək ki, Boris Conson söz vermişdi ki, partiyası seçkidə qalib gələrsə, Avropa İttifaqı ilə razılaşma üzrə növbəti debat və səsvermə Miladdan əvvəl keçiriləcək.