Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxubbackend

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 2 284 yoluxma halı aşkarlanıb.

“Yeni Gündəm” bildirir ki, ölkədə koronavirusa yoluxanların ümümi sayı 4 441 975 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutkada koronavirusdan daha 11 nəfər, hazırkı dövrədək isə 127 640 nəfər vəfat edib.