Bu gün BakuNews.Az xəbər portalı 5 ilini arxada qoydubackend

Bu günə qədər nə etdik, neylədik hər bir addımımızda oxucumuzun maraqlarına xidmət etməyi üstün amal seçdik. Redaksiyamıza müraciət edən heç bir şikayətçini bəzi media qurumları kimi yarıyolda buraxmadıq. Azərbaycan vətəndaşlarının şikayətlərini səbrlə dinləyib, Şəhid ailələrinin, əlillərin, qocaların, problemi olan hər bir şəxsin hər zaman qulluğunda durmağı özümüzə borc bildik. Bu gündə yolumuzu dəyişmədən Dövlətimizə və xalqımıza xidmətimizdə sədaqətimizin sonsuz olduğunu bəyan edirik. Biz Azərbaycan Respublikasının varlığı ilə varıq. 

“Yenigundem” xəbər veir ki,bu gün BakuNews.Az-ın yaranmasından 5 il keçir. BakuNews.Az saytı ölkədə və dünyada baş verən hadisələri dəqiq və qərəzsiz olaraq oxuculara çatdırır. Media məkanında həmkarlarından seçilən BakuNews.Az qətiyyəti və mübarizliyi ilə azad media olaraq fərqlənməkdədir. Sayt ictimai-siyasi xarakterli, ciddi media quruluşu olması hər kəsə məlumdur.

BakuNews.Az müxtəlif sahələrə aid özünün fərqli rubrikalarını və yanaşmalarını oxucularına çatdırır, səhih və operativ informasiyaların təqdimatına can atır.
BakuNews.Az-ın 5 yaşının tamam olması ilə əlaqədar təsisçisi Mirkənan Seyidov Mirsənan oğlu bu günə qədər saytın oxucuları ilə yanaşı, xəbər portalında çalışmış və hal-hazırda çalışan həmkarlarının dəstəyi ilə varlığını qoruduğunu qeyd edib. Bu gün tərəfsiz və qərəzsiz olmağımız ölkədə hər kəsə məlumdur. Yazılarımızın fərqliliyi ilə seçilirik. Bu isə dəyişməz qaydalarımızdır. Mirkənan Seyidov həmçinin qeyd edib ki, BakuNews.Az onun və ya hansısa qüvvələrin varlığı deyil, BakuNews.Az onu sevib dəstək olan Azərbaycan xalqının xəbər portalıdır və M.Seyidov bildirdi ki, onun BakuNews.Az-ın rəhbəri olub-olmamağı önəm kəsb edən bir məsələ deyil. Mən bu gün bu saytın rəhbərliyindən gedə bilərəm. Mənim yerimdə kim olsa belə, qoyulmuş daxili qaydalar xəbər portalının Azərbaycan dövləti və dövlətçiliyinə, o cümlədən Azərbaycanın varlığını təşkil edən Azərbaycan xalqına xidmətlə mükəlləfdir.

Saytımızda rəhbər vəzifədə olan şəxsin maraqları Azərbaycan dövlətinin və onun xalqının maraqlarından üstün deyildi. Biz varlığımızı dövlətimizə və xalqımıza borcluyuq.

Sonda Mirkənan Seyidov baş redaktor Yeganə Bahadurova, redaktor Orxan Seyidov, müavini Kifayət Qərənizadəni, baş admin Yusifova Səriyyə, müxbirlər: Anar Məmmədovu, Cavidan Orucov, Nizami Əkbərov, Kamran Əyyubov, Anar Orucov, operator Loğman Ağasıyev və könüllü yazarları səmimi təbrik edir, birlikdə 50 illiylerini qeyd etməyi arzu edir. İNŞALLAH!!!

O cümlədən xəbər portalımızın ərsəyə gəlməsində böyük zəhməti olan web-dizayner Elnur İsmanlıya dərin təşəkkürümüzü bildiririk.