Bu şəhərin adı dəyişir – QƏRARbackend

Qazaxıstan paytaxtının Məslihatı Nur-Sultan şəhərinin yenidən Astana adlandırılmasına səs verib.

“Yeni Gundem” xəbər verir ki, şəhər deputatları bu barədə Məslihatın növbədənkənar 30-cu sessiyada qərar veriblər, onlar təklifi dəstəkləyib.

Şəhər Məslihatının katibi Erlan Kanalimov qəbul edilmiş qərarın Qazaxıstan hökuməti yanında onomastik komissiyaya təqdim olunacağını vurğulayıb.