Çavuşoğlunun Blinkenlə telefon danışığı oldubackend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə ikitərəfli məsələləri müzakirə edib.

“Yeni Gündəm” Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Çavuşoğlu Blinkeni yeni vəzifəsi münasibətilə təbrik edib.

“Nazir ABŞ administrasiyası ilə qarşılıqlı hörmətə söykənən açıq və səmimi bir dialoq qurmaq məsələsində razılığa gəliblər. Görüşdə ikitərəfli münasibətlər bütün istiqamətlərdə gündəmə gətirilib, bəzi regional məsələlərlə FETO, PKK/PYD, terrorizmlə mübarizə, S-400, Suriya, Şərqi Aralıq dənizi məsələlərinə toxunulub.

Görüşdə ABŞ tərəfindən son zamanlarda verilən açıqlamalardan narahatlıq ifadə olunub. Nazirlər yaxın gələcəkdə gündəmdəki bütün məsələləri daha geniş müzakirə etmək üçün görüşmək barədə razılığa gəliblər”, – Türkiyə XİN-in yaydığı məlumatda deyilir.