Çexiyanın Xarici İşlər Naziri – NATO Ukraynanın alyansa qoşulmasını dəstəkləməlidirbackend

Çexiyanın XİN rəhbəri Yan Lipavski NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

“Yeni Gundem”  Xarici KİV-ə istinadən xəbər verir ki, Çexiyanın xarici işlər naziri Yan Lipavski Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra bildirib ki, NATO Ukraynanın alyansa qoşulmasına dəstək olmaq üçün yollar tapmalıdır .

“Vilnüsdə planlaşdırılan sammitə gəlincə, mən arzuladığımı bildirdim ki, Ukrayna rəhbərliyi bu sammitdə iştirak etsin və prezident Zelenski sammitdə çıxış etsin. Eyni zamanda, NATO Ukraynanın NATO-ya qəbulunu, eləcə də keçid dövrünü dəstəkləyəcək əməkdaşlıq formatlarını tapmalı, həmçinin Avropada təhlükəsizlik məsələlərinin həllinə töhfə verməlidir”, – Lipavski görüşdən sonra bildirib.

Xatırladaqki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.

Fərahim Rəhimov