Çində 571 nəfər koronavirusa yoluxubbackend

Çində koronavirusa yoluxan insanların sayı 571 nəfərə çatıb.

“Yeni Gündem” xəbər verir ki, bu barədə Çinin sağlamlıq məsələləri üzrə dövlət komitəsi məlumat yayıb.

Virusun 25 əyalət və şəhərdə aşkarlandığı məlumdur.

Sətəlcəmin ağır növü olan koronavirusa yoluxan 17 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, ötən il dekabrın 31-də Çin hökuməti ÜST-ü Uxan şəhərində naməlum sətəlcəm növünün yayılması ilə əlaqədar xəbərdar edib. Yanvarın 7-də çinli mütəxəssislər xəstəliyi 2019-nCoV koronavirusunun törətdiyini müəyyən ediblər. Yeni sətəlcəm növünün laboratoriya testlərindən sonra qrip, quş qripi, ağır respirator sindromlar və Yaxın Şərq respiroator sindromu (MERS) mümkün patogenlər siyahısından çıxarılıb.