Çində “quş qripi” yayılıbbackend

Çinin şimali-qərbində Sintszyan-Uyqur muxtar rayonunda qu quşlarının HBN6 (“quş qripi”) virusundan ölməsi faktı qeydə alınıb.

“Yeni Gündem”in məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Mənbənin yazdığına görə, İnnin qəzasının gölməçəsində və Bole şəhərinin parkında 15 qu quşu ölmüş vəziyyətdə tapılıb. Yerli hökümət əraziləri dezinfeksiya edib və monitorinqə başlayıb.

Daha əvvəl Çinin şimalında Daxili Monqolustan rayonunda bir nəfərin H7B9 (“quş qripi”) virusundan ölməsi faktı öz təsdiqini tapmışdı.