Conson əməliyyat olundubackend

Böyük Britaniyanın Baş naziri Boris Conson əməliyyat olunub.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Baş nazirliyin ofisindən verilən məlumatda deyilir.

“O, sinusları ilə əlaqəli adi bir prosedur üçün bu gün yerli vaxtla səhər saat 6:00 radələrində Londonda xəstəxanalardan birinə gedib və saat 10:00 radələrində “Downing Street”ə qayıdıb”, – bildirilib.

Baş nazirin ofisi ümumi anesteziya altında keçirilən kiçik bir əməliyyatdan sonra hazırda Boris Consonun istirahət etdiyini açıqlayıb.

Baş nazir çərşənbə axşamı yenidən işinə qayıdacaq. Bu vaxta qədər isə qəbul edilməsi tələb olunan hər hansı əhəmiyyətli qərarlar Baş nazirin müavini Dominik Raab tərəfindən qəbul ediləcək.

APA