Daha 7 erməni hərbçinin meyiti tapıldıbackend

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 7 erməni hərbçinin meyiti tapılıb.

“Yeni Gündəm” erməni mətbuatına  istinadən xəbər verir ki, cəsədlər Hadrut və Cəbrayıl ərazilərində aşkarlanıb. Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 246-ya yüksəlib.

Hazırda axtarış işləri Hadrut, Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində davam etdirilir.