Danimarka Baş nazirinin maketini yandıranlar həbs olundubackend

Danimarkada yanvarın 23-də “COVID-19” məhdudiyyətlərinə qarşı təşkil olunan etiraz aksiyasında Baş nazir Mette Frederiksenin maketini yandırmaqda ittiham olunan üç nəfər Kopenhagen polisi tərəfindən saxlanılıb.

“Yeni Gündəm” xəbər verir ki, 30, 32 və 34 yaşlarında olan şəxslər “vəzifəli şəxslərə qarşı cinayət”də ittiham edilirlər.

Onların Baş nazirə qarşı təhlükə yaratdığı, buna görə də fevralın 19-dək həbsdə qalacaqları ifadə edilib.

Qeyd edək ki, Danimarkada koronavirus məhdudiyyətlərinə qarşı son həftələrdə təşkil olunan aksiyalarda 23 nəfər saxlanılıb.