Deputat mədəniyyət komissiyasının iclasında ana söyüşü söydü – VİDEObackend

Moskva şəhər Dumasının deputatı Natalya Metlina mədəniyyət və kütləvi kommunikasiyalar üzrə müşavirədə ana söyüşü söyməsi ilə gündəm olub. Hadisənin görüntülüəri də yayılıb.

“Yeni Gündəm” Ura.ru nəşrinin Telegram kanalına istinadən məlumat verir ki, iclasda söz Metlinaya verilib və bu zaman o, nalayiq ifadələr işlədib. “Üstəlik, *****, edə bilmərik” deyən deputat bundan sonra efirdə söyüş söydüyünü anlayıb. Onun bu sözlərindən sonra deputatlardan bəziləri gülüb. “Bəli. Siz efirdəsiniz, həmkar”, – deyə komissiyanın sədri Yevgeni Gerasimov Metlinaya bildirib.Milli.Az