Deputat saxlanıldıbackend

Ukraynanın Donetsk vilayətində Siversk şəhər şurasının deputatı saxlanılıb.

“Yeni Gundem”-in məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan deputat müxalif “Müxalifət Platforması – Həyat Üçün” (OPZJ) Partiyasındandır və adı açıqlanmır.

Onun Rusiya Baş Kəşfiyyat İdarəsinə cəsusluq etdiyi aşkar olunduğu bildirilir. Məlumata görə, deputat strateji məlumatları Rusiya kəşfiyyatına ötürürmüş. Deputatın adı istintaq sirri səbəbindən açıqlanmır.

Qeyd edək ki müharibə müddətində Ukraynanın seçkili və inzibati orqanlarında bir sıra vəzifəli şəxslər cəsusluq və xəyanət səbəbi ilə saxlanılıb.

OPZJ partiyasının fəaliyyəti Ukraynada qadağan olunub.

Report